“Forsaj 8” filminin yeni treyleri - Video

forsaj-8-filminin-yeni-treyleri
Oxunma sayı: 3443

Baş rollarda Vin Dizel və Şarliz Teronun çəkildiyi "Forsaj 8" filminin yeni treyleri çıxıb.

Qafqazinfo” “buro247”yə istinadən xəbər verir ki, ssenariə əsasən Dom (Vin Dizel) və Letti (Mişel Rodrigez) Kubaya bal ayına yola düşürlər. Komandanın digər üzvləri də öz normal həyatlarına geri dönüblər. Lakin Sayfer (Şarliz Teron) adlı sirli qadın ortaya çıxandan sonra onların həyatı əvvəlki kimi olmur. Qəhrəmanları çətin sınaqlar gözləyir.

Amerikalı rejissor Feliks Qeri Qreyin filmində həmçinin, Kurt Rassel, Ceyson Steytem və Skott İstvud çəkiliblər. Film ekranlara aprelin ortalarında çıxacaq.