Fərda tənqidlərə təhqirlə cavab verdi - Video

ferda-tenqidlere-tehqirle-cavab-verdi
Oxunma sayı: 8902

Tanınmış aktyor Fərda Amin onu tənqid edənlərə sərt cavab verib. "Qafqazinfo" xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq "Selfinaz" adlı stand-up şousunu müzakirə edənləri təhqir edib:

"Sözüm "Selfinaz"ın uğurlarını həzm etməyənlərədir. "Selfinaz" uzun müddət sonra "YouTube"a qoyuldu. Azərbaycan incəsənətinə 4 manatlıq, 3 manatlıq dəstəyi olmayan 20 manatlıq WI-FI adamları oturub bunu izləyəndən sonra sancılanmağa başlayıblar. Əslində, hesablasaq may ayından bəri 9-cu aya keçmişik, sancıların olması normaldır. İnşallah əlinizdə, ovcunuzda qalsın. Siz danışmağınızda olun, mən çalışmağımda..."