Fatimə əməliyyatdan sonra... - Fotolar

fatime-emeliyyatdan-sonra
Oxunma sayı: 7037

Bir müddət öncə əməliyyat etdirən azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva foto-kameralar önünə keçib.

"Qafqazinfo"nun xəbərinə görə, rəqqasə bildirib ki, bu onun yeni ildə ilk fotosessiyasıdır:

“Son bir ayda bir çox yaradıcı təkliflər aldım. Əməliyyatdan sonra bədənimdə olan şişlər çəkilmədiyinə görə, əksər təkliflərə yox dedim. Hətta şəkillər çəkdirməyə də risk etmirdim. Amma şeytanın qıçını qırıb, foto-kameralar önünə keçdim. Əməliyyatdan sonra düz 10 kilo arıqlamışam. Hələ bir neçə kilo da arıqlamaq niyyətindəyəm”.

 Rəqqasə onu da əlavə edib ki, “Gəlinim” yeni mahnı oxumaq qərarına gəlib:

“Mən müğənni deyiləm. Sadəcə qadın məclislərinə dəvət aldığım zaman mahnılar da oxuyuram. Bu sadəcə bir hobbidir. Bu mahnıdan savayı, 2017-ci ildə yeni bir layihəm işıq üzü görəcək. Adını indidən açıqlamayım, bircə onu deyə bilərəm ki, bunu hələ Azərbaycanda heç kim etməyib”.