“Evimi ona pulsuz kirayə verərdim” - Seren Serengil

evimi-ona-pulsuz-kiraye-vererdim
Oxunma sayı: 5052

Keçirdiyi mədə əməliyyatından sonra zərifliyi ilə göz qamaşdıran müğənni Seren Serengil “Kara Sevda”da Emir obrazını canlandıran aktyor Kaan Urqancloğlu ilə bağlı maraqlı etiraf edib.

Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, “Eşitməyən qalmasın” verilişində aparıcılıq edən S. Serengil aktrisa Demet Akbağın evini Kıvanç Tatlıtuğa kirayə verməsi ilə bağlı xəbəri təhlil edərkən öz evini məşhur şəxslərə kirayə vermək istədiyini dilə gətirib:

“Mən də evimi məşhur şəxslərə kirayə vermək istərdim, hətta evimi aktyor Kaan Urqancıoğluna pulsuz kirayə verərəm. Anamın bu fikrimə nə deyəcəyini bilmirəm, amma o, çox sevdiyim və bəyəndiyim bir aktyordur. Buna görə də Kaandan pul almazdım”.