“Eurovision” təşkilatçıları Ermənistanı - Cəzalandırmadı

eurovision-teskilatcilari-ermenistani-
Oxunma sayı: 2214

Ermənistan “Eurovision” mahnı müsabiqəsindən kənarlaşdırılmayacaq.

Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Eurovision” üzrə rəsmi səhifəsi məlumat yayıb.
İfaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın “Globen-Arena”da dalğalandırması ilə bağlı növbəti görüş keçirilib.

Görüş zamanı Avropa Yayım Birliyinin (EBU) rəsmisi Sietse Bakker açıqlamasında Ermənistanın müsabiqədən kənarlaşdırmayacaqlarını qeyd edib.

Ermənistan nümayəndə heyətinə pul cəzası veriləcək. Cəmirənin miqdarı iyunun ortalarında məlum olacaq.

Qeyd edək ki, erməni müğənni birinci yarımfinalda “green room”a bağlantı zamanı qadağan olunmuş bayrağı yelləməyə başlamışdı.

Daha əvvəl isə Avropa Yayım Birliyi belə bir addım atacağı təqdirdə Ermənistanın yarışmadan kənarlaşdırılacağını qeyd etmişdi.

Xatırladaq ki, mayın 11-də Avropa Yayım Birliyi Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı “Eurovision” mahnı müsabiqəsinə gətirməsi ilə bağlı bəyanat yaymışdı.

Bəyanatda AYB və qurumun nəzarət qrupu Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləmişdi.