“Eurovision” təmsilçimiz təqdimat keçirdi - Fotolar

eurovision-temsilcimiz-teqdimat-kecirdi
Oxunma sayı: 1515

Azərbaycanın “Eurovision – 2014” təmsilçisi Dilarə Kazımova “Running” adlı albomunu təqdim edib.

Qafqazinfo” xəbər verir ki, altı mahnının yerləşdirildiyi albomdakı bəstələrin müəllifi D.Kazımova özü və Rojden Anusidir.

Sənətçinin “Dream” mahnısına kiyevli rejissor Maja Dennhag klip çəkib. Müğənni təqdimat mərasimində alboma daxil olan 6 mahnını canlı ifa edib.

Tədbirdə Miri Yusif, Nura Suri, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Leyla Əliyeva və başqa məşhurlar iştirak edib.

D. Kazımova təqdimat barədə fikirlərini “Qafqazinfo” ilə bölüşüb:

“Albom üzərində bir il yarımdır ki, işləyirdim, tez çıxarmaq fikrində deyildim. “Running” mahnısı bir il qabaq yazılıb, klip də çəkilib. Amma biz gözlədik, 6 mahnını bir araya topladım. Musiqi parçalarının hamısı ingilis dilindədir.

Albom Avropada da təqdim olunacaq. Kiyevdəki festivalda da çıxış edəcəm. Albomu “iTenus”a yüklədik. İnsanların keyfiyyətli mahnılara qulaq asmağını istəyirəm. 6 mahnıda milli boğazlar və alətlərdən istifadə olunub”.