“Ərimin evə nə vaxt gəldiyini bilmirəm” - Emma

erimin-eve-ne-vaxt-geldiyini-bilmirem
Oxunma sayı: 4150

ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Elmira Ələkbərzadə (Emma) maraqlı açıqlamalar verib.

Qafqazinfo” xəbər verir ki, o, ilk olaraq “Sənə qurban” mahnısının tarixçəsindən danışıb:

“Kimə yazdığımı deməyəcəm. Sözləri özümə aiddir. Bunu Los-Anclesdə yazdım. Sonra dostlarım məni Las-Vaqesə dəvət edib oteldə mənim üçün böyük şənlik hazırladılar. Çünki mənim xətrimi dünyalar qədər istəyirlər. Elə oradaca mənim üçün klip çəkdilər. Orada kök idim, 63 kilo idim. Orada şokaladlı fontan görəndə gedib divarı öpürdüm. Mənim üçün ABŞ nağıl deyil. Ora getməyənlər elə bilir ki, Amerika nağıldır, amma elə deyil. Bizdə də həmin nağıl kimi yerlərdən var. Bundan da çox inkişaf edəcəyik”.

İfaçı daha sonra ailəsindən söz açıb: “Mənim üçün ilk yerdə ailəmdir. Daviddir, Sevdadır, həyat yoldaşımı saymıram. Çünki səhər 8-də gedir, gecə 1-2-də gəlir. Sırağagün 3-də gəlib, heç xəbərim olmur nə vaxt gəlir. İşi çoxdur, mətbəxt işi çətindir. Səhərlər mənə yemək işində kömək edir”.