Əməkdar artist göz yaşlarını saxlaya bilmədi - Fotolar

emekdar-artist-goz-yaslarini-saxlaya-bilmedi
Oxunma sayı: 8076

Əməkdar artist, aktrisa Dilarə Əiyeva bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsinə qatılıb.

“Qafqazinfo”nun məlumatına görə, konsertə həyat yoldaşı Oktay Əliyevlə qatılan aktrisa yaradıcılıq gecəsində göz yaşlarını saxlaya bilməyib:

“Konsertdə bir-iki mahnı səsləndi. Xüsusilə, Elton Hüseynəliyevin ifası məni kövrəltdi. Çox həssas və kövrək xanımam. Komediya janrında obrazlar canlandırsam da yaxşı iş və sənət məni hər zaman duyğulandırır”.

Fotolar: Nuron