Eltondan Aygünə cavab - “Müharibələr çox olacaq...”

eltondan-aygune-cavab
Oxunma sayı: 5292

Xalq artisti Aygün Kazımovayla müğənni Elton Hüseynəliyev arasında yaşanan gərginlik davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Elton xalq artistinin onun ünvanına yazdığı sözlərə münasibət bildirib.

Hüseynəliyev vurğulayıb ki, hələ müsahibələr və müharibələr çox olacaq:

“Həyat davam edir. Hələ müsahibələr və müharibələr çox olacaq. Əsas odur ki, kiminsə hesabına bu dünyaya gəlmədik. Öz zəhmətimizlə, əziyyətimizlə gəldik. İmkan vermərəm kimsə mənimlə təhqirlə danışsın. Onlarla lazim olan yerdə görüşəcəyik. Müsahibədə nə demişəmsə hamısının arxasındayam. Hər şey kənardan göründüyü kimi deyil. Həqiqətlər açılacaq”.

Qeyd edək ki, Elton Hüseynəliyevin “ATV Maqazin 10larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasında xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanın xoşuna gəlməmişdi.

Bunun ardından küsülü olan məşhurlar arasında soyuq münasibət daha da artmışdı.

Aygün Kazımova isə sosial şəbəkədə Eltona ismarıc göndərmişdi:

“Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!”.