Məşhur türkiyəli aktyor Halit Ergenç Azərbaycan istehsalı olan “Əli və Nino” filminin tanıtım videosunda yer almayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Söylemezsen olmaz” verilişində film müzakirə olunmağa başlayıb.
Filmin treylerində yer almayan aktyorun şoka düşdüyü bildirilib.
Tanıtım videosunda yer almayan aktyor filmin Bakıdakı qala gecəsinə qatılmayıb, qrip olduğunu iddia edib.
Xatırladaq ki, aktyor filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin rolunu canlandırıb.
Son xəbərlər
Son Xəbərlər