Eldarın imtina etdiyi müsabiqəyə Aygün getdi - Fotolar + Video

eldarin-imtina-etdiyi-musabiqeye-aygun-getdi
Oxunma sayı: 4575

Bu gün xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards – 2016” mükafatlandırma mərasimində iştirak edəcək.

Qafqazinfo”nun məlumatına görə, artıq müğənni iki gündür ki, Almaniyanın Hamburq şəhərindədir.

Kazımova “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatını almaq üçün “Barkleykard” arenanın səhnəsinə çıxacaq.

Aygün səhnədə Snup Doqla birgə ifa etdiyi “Coffee from Colombia” mahnısını ifa edəcək. Müğənnini Avropanın məşhur rəqs qrupu müşayiət edəcək.

Qeyd edək ki, mükafatlandırma mərasimində Eldar Qasımov və Elnur Hüseynovun iştirak edəcəyi açıqlanmışdı.

E. Qasımov “Qafqazinfo”ya müsahibəsində “Daf Bama Music Awards – 2016”dan imtina etdiyini bildirmişdi.

Xatırladaq ki, mərasimdə Qafqaz, Ərəb və Mərkəzi Asiya ölkələri iştirak edir.