Eks-sevgililər belə görüntüləndi - Fotolar

eks-sevgililer-bele-goruntulendi
Oxunma sayı: 2714

Ötən il Kann Film Festivalından sonra ayrılan məşhur cütlük- Şon Penn və Şarliz Teron üz-üzə gəlib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, festival boyunca bir-birilərini gözməzlikdən gələn eks-sevgililər salamlaşmağa məcbur olublar.

Kinofestivalın sonuncu günündə Teron keçmiş sevgilisinin yanağından öpüb. Penninin isə bundan xoşu gəlməyib, onun qeyri-səmimi görünüşü fotoqrafların obyektivində əks olunub.

Xatırladaq ki, cütlük bir neçə gün öncə sözügedən festivalda qarşılaşmış və salamlaşmamışdılar.