Eks-nişanlısı azərbaycanlı Nazı döydü - İzdivac verilişində qalmaqal

eks-nisanlisi-azerbaycanli-nazi-doydu
Oxunma sayı: 13977

Zuhal Topalın aparıcılıq etdiyi izdivac verilişi ilə bağlı növbəti qalmaqal baş verib.

Qafqazinfo” xəbər verir ki, ötən gün canlı yayımdan sonra bəy namizədi Baha Selenbaş eks-nişanlısı, azərbaycanlı gəlin namizədi Naz Milanaya hücum edib, onu döyməyə başlayıb.

Hadisə yerinə təhlükəsizlik əməkdaşları gəlib. Baha sakitləşməyib, dostları ilə birgə kanalın mühafizəçilərinə hücum edib və dava böyüyüb.

Baha ağır yaralanıb, olay yerinə polis əməkdaşları cəlb olunub. Məsələ ilə bağlı Kanal D-də yayımlanan "Rengli sayfalar" verilişi məlumat yayıb.

Xatırladaq ki, Naz Milana azərbaycanlı bəy namizədi Əli Əkbərlə görüşməyə başlayıb, eks-nişanlısı isə onun bu addımını qısqanıb. Hətta, Əli verilişdə Naza avtomobil hədiyyə edib.