Ebru danışdı, Rzadan heç nə istəmir...

ebru-danisdi-rzadan-hec-ne-istemir
Oxunma sayı: 10419

Xəbər verdiyimiz kimi, ABŞ-da məhkumluq həyatı yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərrabla məşhur türkiyəli müğənni Ebru Gündeş boşanır.

Qafqazinfo” xəbər verir ki, Zərrab mətbuata məlumat yayaraq qarşı tərəfin boşanmaq istədiyini qeyd edib.

Ebru Gündeş də məsələyə münasibət bildirib.

“Rza bəy lazımı cavabı verib, qərarım doğrudur”,-deyə müğənni qısa açıqlama yayıb.

2010-ci ilin fevral ayında evlənən cütlüyün mülk bölgüsü barədə məlumatlar yayılmağa başlayıb.

Gündeş özü və 5 yaşlı qızı Alara üçün heç bir pul və ya mülk tələbinin olmadığı qeyd edilib.