“Dünən sərxoş və tək qadın obrazında idim” - Röyadan cavab

dunen-serxos-ve-tek-qadin-obrazinda-idim
Oxunma sayı: 14886

Ötən gün müğənni Röya Ayxanın “Xəzər” televiziyasının “Nəsib olsa” verilişində qonaq olan zaman etdiyi qəribə hərəkətlər - tez-tez aparıcının sözünü kəsməyi, qonaqlara replikalar atmağı, hədiyyə qutusuna təpik vurmağı və sairə mətbuatda ciddi müzakirələrə yol açıb. Bir çox xəbər saytlarında müğənninin efirə içkili vəziyyətdə çıxmağı da iddia edilib. Röya Ayxan özü bu məsələylə bağlı açıqlama verib. 

Qafqazinfo” xəbər verir ki, ifaçının sözlərinə görə, o dünənki verilişdə sadəcə obraza girib:

“Hərdən obraz vermək lazımdı getdiyin yerə və geydiyin stilə. Məsələn, dünənki obraz sərxoş və tək qadın obrazı idi. Merlin Monro adını qoysaq, yerinə düşər. Biz bunu bacardıq deyəsən, uşaqlar”.