Di Kaprio Urmiya gölünün qurumasından yazdı

di-kaprio-urmiya-golunun-qurumasindan-yazdi
Oxunma sayı: 961

Hollivud ulduzu Leonardo Di Kaprio Urmiya gölünün qurumasından narahatdır.

Qafqazinfo” xəbər verir ki, Kaprio Cənubi Azərbaycanda yerləşən göl barədə instaqram səhifəsində yazıb.

Aktyor Urmiyanın fotosunu paylaşaraq bildirib ki, indi sözügedən gölün 5 faizi sudan ibarətdir.

“Gördüyünüz kimi qurumuş Urmiya gölündə sökülmüş bir bərə var. Bu göl Yaxın Şərqdə ən böyük duzlu göl olub. Amma indi gölün 5 faizi sudan ibarətdir. Bu, iqlım dəyişikliyi, tikinti işləri və yağışın azalması ilə əlaqədardır”.