Dedilər ki, arıqla... - O da gözəllik müsabiqəsindən imtina etdi

dediler-ki-ariqla
Oxunma sayı: 2402

ABŞ-ın Las-Vegas şəhərində “Miss Grand International: 2016” gözəllik yarışması təşkil ediləcək.

Qafqazinfo” xəbər verir ki, yarışmanın İslandiya təmsilçisi Arna Yr Jonsdottir gözəllik tacından imtina edib.

O, milli müsabiqə komitəsini günahlandırıb, ona arıqlamağı barədə təzyiq etdiklərini söyləyib:

“Mənə təcili olaraq pəhriz tutmağım barədə göstəriş verdilər. Kök olduğumu iddia edirlər. Ancaq milli gözəllik yarışmasında qalib olaraq “Miss Grand”a vəsiqə qazanmışam. Onlara cavabım belə oldu: “Mən belə yaxşıyam”. Gözəllik tacımdan imtina edirəm”.