De Niro həqiqəti yazacaq jurnalistlərə 100 min vəd etdi

de-niro-heqiqeti-yazacaq-jurnalistlere-100-min-ved-etdi
Oxunma sayı: 2100

Amerikalı məşhur aktyor Robert De Niro mübahisəli uşaq peyvəndi mövzusunda xəbər yazacaq jurnalistlərə 100 min dollar mükafat vəd edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, De Niro, Vaşinqtonda qatıldığı tədbirdə ABŞ-dakı uşaq peyvəndlərinin etibarlılığını sübhə altına alıb.

Aktyor körpə yaşlarında uşaqlara vurulan peyvəndlərin tərkibində olan “timerosal”un otizmə səbəb olub-olmadığının araşdırılmasının lazım olduğunu vurğulayıb. De Niro, bu məsələdə həqiqəti yazacaq jurnalistlərə 100 min dollar mükafat vəd edib.

Qeyd edək ki, De Niro oğlu Elliotın “timerosal” tərkibli peyvənd səbəbindən otizmə tutduğunu iddia edir.