Çovdarovun qurbanı məşhur müğənni Şəbnəm imiş... - Yenilənib

covdarovun-qurbani-meshur-mugenni-sebnem-imis
Oxunma sayı: 30760

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qurbanlarından birinin kimliyi məlum olub.

Qafqazinfo” xəbər verir ki, bu gün musavat.com-da saytında yayımlanan məlumatda məşhur xanım müğənnilərdən birinin qadın alveri ittihamı ilə MTN-ə aparıldığı qeyd olunub.

Qafqazinfo” həmin müğənninin kimliyini öyrənə bilib. Məlum olub ki, MTN-ə aparılan müğənni Şəbnəm Tovuzludur (Əsədova).

Xatırladaq ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Qeyd edək ki, yayılan xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib.

Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.

Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.

***

Müğənni Lent.az-a açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: “Bütün bunlar yalandır, heç vaxt belə bir şey olmayıb. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olub, bitib”.

Ş.Tovuzlu deyib ki, bu xəbərlər “hansısa müğənnin sifarişi ilə” yazılıb: “Bu, mənim həyat tərzimi, populyarlığımı çəkə bilməyənlərin işidir. Bu cür söhbətlərlə məni sevənlərimin gözündən salmaq istəyirlər. Amma alınmayacaq”.

Müğənni onu da bildirib ki, elə bu gündən bu xəbəri yazanlar barədə Hüquq Mühafizə Orqanlarına şikayət edəcəyək: “Bu məsələyə hüquqi şəkildə cavab verəcəyəm”.

***

Musavat.com saytına açıqlama verən müğənninin prodüseri sözügedən hadisənin uzun müddət əvvəl baş verdiyini bildirib:

“Hazırda Şəbnəm xanım orucdur, yatıb. Suallarınıza ancaq bir saat sonra cavab verə biləcək. Onu deyə bilərəm ki, bu hadisə çoxdan olub, indi MTN söhbəti yoxdur. Bilmirik ki, hazırda niyə gündəmə gətirilib. Yəqin kimsə özünə reytinq qazanmaq istəyir. Söhbət olub, keçib, bağlanıb. Bu haqda danışmağa dəyməz”.

Elvin Elxan