Conni Deppdən əvvəl həmcinsi ilə nikaha giribmiş

conni-deppden-evvel-hemcinsi-ile-nikaha-giribmis
Oxunma sayı: 3743

Son günlər şou gündəmini zəbt edən məşhur aktyor Conni Depp və eks-həyat yoldaşı Ember Herd haqda daha bir qalmaqallı xəbər yayılıb.

Qafqazinfo” The Daily Mirror-ya istinadən xəbər verir ki, Herd keçmiş eynicinsli sevgilisi ilə vətəndaş nikahına giribmiş.

Nəşr qeyd edir ki, o, hələ 2008-ci ilin martında Koliforniyada fotoqraf Tasey Van Riylə bu nikahı qeydiyyatdan keçirib. Məlumatda hətta o da iddia olunur ki, Herd sevgilisinin soyadını belə qəbul edib, amma Depplə münasibətə başladığı 2012-ci ildən bundan imtina edib.

Qeyd edək ki, mayın 23-ü ərindən 23 yaş kiçik olan Ember Herd boşanmaq üçün ərizə ilə müraciət edib. O, Deppi ona qarşı zorakılıq etməkdə günahlandırıb, hətta üzündə zorakılıq əlamətləri olan fotosunu sosial şəbəkədə də paylaşıb.