Coliyə qarşı sui-qəsd cəhdi olubmuş - Mühafizəçisi danışdı

coliye-qarsi-sui-qesd-cehdi-olubmus
Oxunma sayı: 2328

Boşanma xəbəri ilə dünya mətbuatının gündəmində olan məşhur aktrisa Ancelina Coli ilə bağlı mühafizəçisi Mark Billinqhem yeni etiraf edib.

Qafqazinfo”nun “Elle.ru”ya istinadən verdiyi məlumata görə, mühafizəçi bir müddət əvvəl Ancelinanın həyatına qəsd cəhdinin olduğunu bildirib.

Markın sözlərinə görə, o, çəkilişlərdən birində aktrisaya izdihamın arasından bir nəfərin çox qəribə baxdığının fərqinə varıb: “Onun baxışlarında o qədər kin-küdurət var idi ki, hər an bədbəxt hadisənin baş verəcəyini düşündüm. Və haqlı çıxdım. Həmin şəxs növbəti gün Ancelinanın avtomobilinə yaxınlaşaraq yalvardı ki, pəncərəni açsın. Guya, avtoqraf almaq istəyirmiş. Mən dərhal ona reaksiya göstərərək uzaqlaşmağını tələb etdim. Avtomobildən düşərək ondan şəkilləri aldım və dedim ki, Coli onları imzalayana qədər gözləsin. Lakin o kişi mənə şəkilləri verəndən sonra qaçdı”.

Rassel Krou, Tom Kruz, Şon Pen kimi məşhurlarla çalışan mühafizəçi Ancelina-Pitt cütlüyü ilə işləməyin çox çətin olduğunu vurğulayıb: “Ancelina son vaxtlar mənə məzuniyyət günləri ayırmırdı, məni çox işlədirdi. Etiraz etdim, nəticədə işdən qovuldum”.

Xatırladaq ki, Bred-Ancelina cütlüyünün 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 uşağı var.