Colinin qızı cinsini dəyişdirib? - Fotolar

colinin-qizi-cinsini-deyisdirib
Oxunma sayı: 5309

Ancelina Coli Bred Pittlə ayrıldıqdan sonra ilk dəfə uşaqları ilə görüntülənib.

Qafqazinfo” xəbər verdiyi kimi, ictimaiyyətdən uzaq gəzən aktrisa rejissorluq etdiyi filmin qala gecəsinə qatılıb.

“First they killed my father” filmi üçün Kambocaya gələn Coli qırmızı xalça üzərində övladları ilə poza verib.

Qalanın ən çox müzakirə olunan şəxsi isə Colinin qızı Shiloh olub.

Uzun müddətdir ki, oğlan kimi geyinən və saçlarını kəsdirən Shilohun cinsini dəyişdirdiyi iddia olunub.