Colinin davranışları qardaşını da bezdirdi

colinin-davranislari-qardasini-da-bezdirdi
Oxunma sayı: 2930

Məşhur aktrisa Ancelina Coli ilə böyük qardaşı Ceyms Heyven gərgin günlər yaşayır.

Qafqazinfo” xəbər verir ki, qardaşı Colinin Bred Pittdən boşanma prosesi öncəsində bacısı və onun uşaqları ilə yaşayırdı. Ancelina həmişə qardaşı ilə çox yaxın əlaqələrə malik olub, lakin bacı-qardaş son günlər yola getmir. Bu barədə “Radar Online” qəzeti yazıb.

Aktrisa boşandığına görə özünü çox pis hiss edir, hətta Heyveni də yaxınına buraxmır. Qardaşı isə Colinin hərəkətlərinə dözməyərək onu özünü belə apardığı halda əlaqələrini sonlandıracağı ilə hədələyib.

“Ceyms öz bacısı uşaqlarını çox sevir, qayğılarına qalır, bütün asudə vaxtlarını onlarla keçirir. Lakin bu, Ancelinaya bəs etmir. O, həmişə qardaşına kobud davranır, qalmaqallar yaradır və qardaşından tələb edir ki, hər saniyə onun yanında olsun. Ceyms belə münasibətdən təngə gəlib. O, Coliyə artıq öz iradlarını bildirib”, - qəzetə mənbə bildirib.