Colinin çəkisi niyə azalır?

colinin-cekisi-niye-azalir
Oxunma sayı: 3731

Səhhətində ciddi problemi olduğu iddia edilən Ancelina Coli çəkisinin düşməsi ilə yenidən gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, 41 yaşlı aktrisanın çəkisi 34 kq-dan aşağı düşməyə başlayıb.

Hollivud ulduzunun yaxınları məsələ ilə bağlı “Radar Onlayn”a açıqlama veriblər.

Bildirilib ki, Coli heç vaxt bu qədər zəif görünməyib:

“Qolları çubuq qədər nazikləşib. Sağlamlığında ciddi problem var. Xəstəxanaya aparılmalı, sistem vurulmalıdır”.

Eks-həyat yoldaşı Bred Pitin uşaqların vəlayəti barədə məhkəməyə müraciət Ancelinanı daha da sarsıb.

ABŞ mətbuatı yazır ki, Coli səhhətindəki problemləri aradan qaldırmasa, övladları Pitə veriləcək.