Coli universitetdə müəllimə oldu

coli-universitetde-muellime-oldu
Oxunma sayı: 2133

Hollivud ulduzu Ancelina Coli İngiltərənin nüfuzlu universitetlərindən olan London School of Economics-də müəlliməlik edəcək.

Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa “Qadınlar, sülh və təhlükəsizlik” mözvusunda dərs keçəcək.

O, sözügedən universitetə müvəqqəti olaraq akademik kimi təyin olunub.

Coli açıqlamasında BMT-dən öyrəndiklərini tələbələrlə bölüşəcəyini bildirib.

Xatırladaq ki, Coli 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri, 2012-ci ildə BMT-nin xüsusi nümayəndəsi olub.