“Çiçəyə deyin ki, bu qədər qışqırmaq olmaz”

ciceye-deyin-ki-bu-qeder-qisqirmaq-olmaz
Oxunma sayı: 3218

Azərbaycanın Əməkdar artisti Nofəl Vəliyev Çiçək ləqəbli aparıcı Şəhla Vakkası sərt tənqid edib.

Qafqazinfo” xəbər verir ki, aktyor aparıcının həddindən çox qışqırdığını deyib: “Aparıcı Çiçəyi tanıyan varsa, ona desin ki, bu qədər qışqırmaq, bu qədər gülmək olmaz. Ayıbdır! Taksidə oturmuşam, dinləməyə məcburam. Başı getsin, başım getdi!”.

Daha sonra Vəliyev yazdığı statusa əlavə şərh bildirib: “Bir də dayanmadan gülür. Səviyyədə ki... Partladır! Onun emosiyası çox deyil, sadəcə "tormuz"u tutmur”.