Cem Yılmaz məşhur modellə yaxalandı - Fotolar

cem-yilmaz-meshur-modelle-yaxalandi-
Oxunma sayı: 5723

Keçən həftə Türkiyənin Çeşmə vilayətində dost məclisində bir araya gələn komediya ustası Cem Yılmazla məşhur model Ebru Şallı yeni eşqin başlanğıcını qoyublar.

Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, cütlük iki gecəni Cem Yılmazın Bodrumdakı villasında birgə keçiriblər. Hətta dünən Bodrumdakı əyləncə mərkəzlərindən birində səhnəyə çıxan Cem Yılmaz Ebru Şallının gözlərinin içinə baxaraq məşhur “Sil baştan” mahnısını oxuyub.

Bundan sonra model, Cem Yılmaza sarılaraq onu öpüb, təşəkkür edib. Çıxışda əllərində güllərlə jurnalistlərə yaxalanan ikili “Allah tamamına erdirsin” sözlərinə gülümsəyərək qarşılıq veriblər. Daha sonra gecəni klublardan birində davam etdiriblər.

C. Yılmazın VİP avtobusu ilə gecə turu keçirən sevgililər xeyli məmnun görünüblər. E. Şallı C. Yılmazın ona hədiyyə etdiyi qızılgülü isə gecəboyu yanından ayırmayıb.

Nigar Məmmədli