Çağatayı 2 il həbs gözləyir

cagatayi-2-il-hebs-gozleyir
Oxunma sayı: 3063

Türkiyə Baş Prokurorluğu “mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən yararlanaraq narkotik maddələrlə təmin etmək”də ittiham olunan 34 nəfərlə bağlı iş istəyib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aralarında aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca və müğənni Cenk Erenin olduğu şəxslərin 2 ilə qədər həbsi tələb olunur.

Qeyd edək ki, 2013-cü ilin yanvar ayında İstanbulda keçirilən narkotik əməliyyatı nəticəsində saxlanıldıqdan sonra sərbəst buraxılan Çağatay Ulusoy və Cenk Erenin narkotik istifadəçiləri olduğu təsbit edilmişdi.

Türkiyə Məhkəmə Tibbi Ekspertizasının hesabatı Baş Prokurorluğa göndərilmişdi.