Bütün ailəni geyindirə biləcək tək məkan - “Happy Shop” + Fotolar

butun-aileni-geyindire-bilecek-tek-mekan-
Oxunma sayı: 24873

Paytaxtın böyük ticarət mərkəzlərindən biri - “Binə” Ticarət Mərkəzində yeni “Happy Shop” adlı ailəvi alış-veriş mağazasının açılışı olub.

Qafqazinfo” xəbər verir ki, aparıcı Nəsib Nur mərasimi açaraq mağaza haqqında qonaqlara məlumat verib. Bildirib ki, “Happy Shop” yaxın Qafqazın, azərbaycanlıların və xüsusilə də Bakı sakinlərinin zövqünü və geyimə olan tələbatını nəzərə alaraq kişi, qadın və uşaq geyimlərinin ən müasir modellərini satışa çıxarıb. Dünyanı fəth edən ziyafət libasları, üst geyimləri, ayaqqabı və çanta modellərini buradan əldə etmək mümkün olacaq.

“Binə” Ticarət Mərkəzinin müdir müavini Fəxrəddin Əfəndiyevin sözlərinə görə, 3 min kv. ərazisi olan mağazada uşaqdan böyükə hər cür geyimlər satılır: “Vaxt itirmədən hamı burada alış-veriş edə bilər. Bir var on mağaza gəzəsən, bir də var bir mağazada hər şey tapasan. Gələcəkdə “Binə” Ticarət Mərkəzində yeni adlarla başqa böyük mağazalarımızın da açılışı gözlənilir”.

Mağaza rəhbərliyi alıcıların rahatlığını da düşünüb. Belə ki, alıcıların mağazaya daha rahat gəlib-getmələri üçün şəhərin bütün istiqamətlərindən gələn avtobuslar üçün dayanacaqlar təşkil olunub.  

Ölkənin tanınmış adamlarının, şou-biznes nümayəndələrinin, səhnə ulduzlarının, məşhur aparıcıların, jurnalistlərin dəvət olunduqları tədbirin açılış mərasimi maraqlı anlarla yadda qalıb.

Müğənnilərdən Günay ibrahimli, Sevda Yəhyayeva, Sevda Ələkbərzadə, Emil Bədəlov, Nazim, aktrisa Vəfa Zeynalova, rejissor Fuad Əlişov, aparıcılardan Kamilə, Çiçək, stilistlərdən Syama, Elnur və başqaları qonaqların sırasında idi. 

Tədbirin əsas ulduz qonağı isə Aygün Kazımova oldu. Mağazaya girər-girməz bəyəndiyi geyimləri seçib geyinən xalq artisti podiuma çıxaraq nümayiş etdirib. Sonra açılış tortunu kəsib.

Tədbirdə mağazada satılan geyimlərin nümayişi də oldu. Podiumda proffessional modellərlə yanaşı balaca modelllər də uşaq geyimlərini təqdim etdilər.

Qeyd edək ki, Türkiyə və Avropa brendlərini özündə toplayan alış-veriş mərkəzi ailəvi şopinqin əsl ünvanıdır. Burada geyimlər topdan satış qiymətlərinə amma pərakəndə şəkildə satılır. Bu şoppinq mərkəzinin gözəl xüsusiyyətlərindən biri odur ki, bütöv bir ailə - ata, ana, uşaq, hətta nənə və baba belə burada gözəl geyim seçimləri edə bilərlər.   

“Happy Shop” xoşbəxt ailələrin alış-veriş ünvanı.

Telefon: 012-446-90-46, 050-999-90-46.

Ünvan: Binə Ticarət Mərkəzi. Univermaq. “Happy Shop”.

www.thehappyshop.az

https://www.facebook.com/thehappyshop.az/?fref=ts

https://www.instagram.com/thehappyshop.az/

Nigar Məmmədli

Fotolar: Nuran