“Bülbüloğlu zəng edib dedi ki…”

bulbuloglu-zeng-edib-dedi-ki
Oxunma sayı: 2644

“2008-ci ildə xalq artisti adını alanda dəyərli Polad Bülbüloğlu zəng edib dedi ki, işləməsən, bu ada layiq olmayacaqsan. Fəxri ad bu günə kimi etdiklərin yox, bundan sonra etdiklərinə də aiddir”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xalq artisti Faiq Ağayev deyib.

Müğənni bildirib ki, sənətçilərin fəxri ad aldıqdan sonra arxayınlaşması düzgün deyil:

“Ona görə də “mən xalq artisti oldum, heç nə etməyim” prinsipi olmaz. Səmimiyyətin qorunması fəxri adla bağlı deyil. İnsan fəxri ad alıb dəyişməyə, fəxri ad almayıb dəyişə də bilər”.

Xalq artistinin sözlərinə görə, ayın sonunda baş tutacaq konsertində 23 mahnı ifa edəcək:

“Konsertdə 23 mahnı səslənməlidir. Yenidən aranjiman etdirdiyim iki hit mahnım var. Tamaşaçılar radioda, televiziyada eşitdiklərini dinləmək istəyirlər. Ona görə də mahnıları çox dəyişdirə bilmirik”