“Bu, onlar üçün gözəl fürsətdir” - Aygün Kazımova

bu-onlar-ucun-gozel-fursetdir
Oxunma sayı: 2550

Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalacaq.

Qafqazinfo” xəbər verir ki, müğənni bu mövsümdə də Nabranda konsert proqramı ilə çıxış edəcək. Xalq artistini səhnədə 10 peşəkar rəqqas tək buraxmayacaq.

A. Kazımova açıqlamasında bildirib ki, konsertdə sürpriz qonağı olacaq:

“Sürpriz qonağım olacaq. Tamaşaçılar gözlənilməz ifa, şou görəcək. Belə deyim ki, sadəcə tamaşaçılar heç vaxt gözləməzdi ki, səhnədə belə bir nömrə olacaq. Yayın ilk möhtəşəm və yadda qalan şousu reallaşacaq. Çoxdandır konsertimi gözləyənlər var, bu, onlar üçün də gözəl fürsətdir. Həm dincəlsinlər, həm də əylənsinlər”.