Bu ölkələr yenidən Eurovisiona qayıtdı

bu-olkeler-yeniden-eurovisiona-qayitdi
Oxunma sayı: 1922

İsveçin paytaxtı Stokholmda keçiriləcək Eurovision-2016 beynəlxalq mahnı müsabiqəsində 43 ölkənin iştirak edəcəyi təsdiqlənib.

“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Bu dəfə müsabiqəyə bir illik fasilədən sonra Ukrayna qayıdıb. Sonuncu dəfə 2012-də yarışda iştirak edən Bosniya və Herseqovina həmçinin ilk dəfə 2014-də iştirak edib və 5-ci yeri qazanan Avstraliya Eurovision 2016-da iştirak etmək imkanı əldə edib.

Beləliklə, müsabiqədə bu ölkələr iştirak edəcək:

Azərbaycan,Albaniya, Avstraliya, Avstriya, Almaniya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, İsveç, Fransa, Makedoniya, Gürcüstan, Ermənistan, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova. Çernaqoriya, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Mario, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Böyük Britaniya.

Türkiyə Eurovision 2016-da iştirak etməyəcək.