“Bu evlilik mənə lazım idi?” - Elton

bu-evlilik-mene-lazim-idi
Oxunma sayı: 5529

“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Elton Hüseynəliyev olub.

Qafqazinfo” xəbər verir ki, Elton açıqlamasında tez-tez ayrılıb-barışan cütlükləri qınayıb:

“Sevginin günü olmur. Bunu efir xatirinə demirəm. Mən tez-tez evə gül buketi alıb aparıram. Diqqətli olmaq lazımdır. Xanımlar gülü çox sevirlər. Bu gün daha böyüyünü alıb aparmaq lazımdır”.

“Evləndikdən sonra sevginin azalması doğrudurmu?”- sualına isə müğənni bu cür cavab verib:

“Mən 22 yaşımda ailə qurdum. Başlarda ailənin nə olduğunu anlaya bilmirdim. Düzdür, övladım da olmuşdu. Ancaq mən o ağırlığı hiss edə bilmirdim. İndi 34 yaşım var və tam anlayıram ki, övlad və ailə nə deməkdir. İndi həm xanımımı, həm də övladlarımı daha çox istəyirəm.

İndi çox vaxtım olur. Çalışıram onlarla keçirim. İstanbuldan gəldim. Efirə getdim qayıtdım. Evdə uşaqlarımın məktəbdən gəlməsini gözlədim. Gəldilər. İki saat oynadıq. İndi artıq içimdən gəlir ki, mən bunu istəyirəm”.

Elton heç çəkinməyərək, əvvəllər ailə qurduğuna peşman olduğunu da dilə gətirib:

“O vaxtlar hirslənəndə deyirdim ki, bu evlilik mənə lazımıydımı? Mənim sənətlə məşğul olan vaxtımıydı. Ancaq indi düşünürəm ki, yaxşı ki, tez ailə qurmuşam. İndi övladlarım böyüyüb”.