Bu dəfə tvitterini ələ keçirdi - İki ulduz arasında qalmaqal

bu-defe-tvitterini-ele-kecirdi
Oxunma sayı: 1282

Məşhur pop ulduz Keti Perrinin 90 milyon izləyicisi olan tvitter hesabı hakerlər tərəfindən ələ keçirilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hesabı rumıniyalı istifadəçinin "sındırdığı" məlum olub.

Perrinin rəsmi tvitter səhifəsinin silinməsindən sonra müğənni Taylor Svift həmkarına sosial şəbəkədə söz atıb. Pop ulduz “Səni özlədim” başlığı ilə homofobik və irqçi paylaşımlar edib.

Sviftin bu addımı Amerika mətbuatında yeni xəbərlərin yayılmağına səbəb olub. İddia edilir ki, Ketinin tvitter hesabını Taylor ələ keçirdib.

Qeyd edək ki, Taylor Svift Rolling Stone-ə verdiyi müsahibəsində Kettinin onu təhqir etdiyini söyləmişdi.

Bundan başqa Ketti həmkarının rəqqasələrindən birini öz qrupuna transfer etmiş, bu addımı cütlük arasında böyük qalmaqala səbəb olmuşdu.