Bred Pitt balaca qızı xilas etdi - Video

bred-pitt-balaca-qizi-xilas-etdi
Oxunma sayı: 2827

Amerikalı aktyor Bred Pitt “Sükutun 5 saniyəsi” adlı filminin İspaniyada küçə çəkilişləri zamanı balaca qız fanatını kütlə arasında əzilməkdən xilas edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, 52 yaşlı aktyor Las-Palmas-de-Qran şəhərində toplaşan fanatları ilə salamlaşarkən balaca qızın izdiham arasında əzildiyini görüb. Bu zaman o mühafizəçilərinin köməyilə qızı oradan çıxararaq xilas edib. Çəkilişlərə başlamazdan öncə qızı anasına təhvil verib.

Qeyd edək ki, real hadisələrə əsaslanan “Sükutun 5 saniyəsi” filmi İkinci Dünya Müharibəsində iki qatilin məhəbbətindən bəhs edir. Filmdə Marion Kotiyyar, Metyu Qud və Lizzi Kaplan da çəkilir.