Boşanan aktrisa 4 milyona ev alır - Fotolar

bosanan-aktrisa-4-milyona-ev-alir
Oxunma sayı: 2455

Aktrisa Belçim Bilgin yeni ev alır.

Qafqazinfo” xəbər verir ki, aktrisa ötən gün İstanbulun Bebek ərazisində görüntülənib. Bilginin əlində daşınmaz əmlakla bağlı sənədlərin olması diqqətdən yayınmayıb. Sənədlərdə 270 kvadrat metrlik və qiyməti 2 milyon 700 min dollar olan lüks ev barədə məlumatlar əks olunub.

Belçim Bilginin digər seçimi isə 370 kvadrat metrlik bir həyat evidir. Bu lüks evin qiyməti 4 milyon dollar təşkil edib. İki lüks ev arasında qalan aktrisa qərar verməkdə çətinlik çəkib.

Belçim jurnalistlərin suallarını cavablandırarkən komediya aktyoru Yılmaz Ərdoğanla boşanmadığını bildirib.

Qeyd edək ki, cütlüyün bir müddət əvvəl boşanmaları barədə xəbərlər yayılmışdı.