“Biri oğlandır, digəri isə bilinmir...” - Doğuş + Video

biri-oglandir-digeri-ise-bilinmir
Oxunma sayı: 4825

Türkiyəli müğənni Doğuş Beyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə ilk tanışlığından danışıb.

İfaçı bildirib ki, aparıcını ilk dəfə uşaq evində görüb və evlənmə təklifi edib.

Doğuş söhbət zamanı həyat yoldaşının hamilə olduğunu vurğulayıb:

“Artıq 5 ay yarımdır ki, hamilədir. Uşaqlardan biri oğlandır, digəri isə hələlik özünü göstərmir. Xanımım qız istəyir. Mən də deyirəm ki, iki oğlan olsun. Vətənə, millətə fəda olsun, əsgər olsun. Həm Azərbaycanda, həm də Türkiyədə…Bizdən biri olsun” .

Qeyd edək ki, müğənni Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib.