Bir ili geridə qoyan “PrimeTime”

bir-ili-geride-qoyan-primetime
Oxunma sayı: 1145

Bu gün PrimeTime.Az portalının fəaliyyətə başlamasından 1 il ötür.

PrimeTime.Az Azərbaycan dilində mədəniyyət və maqazin xəbərlərini yayımlayan portaldır.

Sayt 2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçsə də, geniş oxucu kütləsi fəaliyyətini 2 fevral 2016-cı il tarixindən izləməkdədir.

Sayt qısa müddət ərzində ölkənin tanınmış saytları sırasına daxil ola bilib. Portal ölkədə və dünyada baş verən operativ maqazin və mədəniyyət xəbərləri ilə yanaşı, oxucularına maraqlı müsahibələr, fərqli layihələr, materiallar təqdim edir.

"Qafqazinfo" həmkarları təbrik edir, işlərində uğurlar diləyir.