Beyonsun həyatı ilə bağlı şok açıqlama - Görmədiyiniz fotolar

beyonsun-heyati-ile-bagli-sok-aciqlama
Oxunma sayı: 5743

53 yaşl Devid Li Bryuyer müğənni Beynsoun həyatı ilə bağlı kitab çıxarır.

Qafqazinfo” xəbər verir ki, vokalçı kitabının təqdimatı üçün Rusiyaya gəlib, “Lifenews”a müsahibə verib.

Sözügedən kitab 24 iyunda ABŞ-da yayımlanacaq.

D.Bryuyer pop ulduz barədə maraqlı açıqlamalar verib, özəl fotolarını təqdim edib:

“Beyonsa 11 il vokal dərsi keçmişəm, sadəcə müəllimi olmamışam. Onu məktəbdən götürürdüm, naharını hazırlayırdım. Biz yaxşı dost idik, bütün sirrlərini və problemlərini mənimlə bölüşürdü. Bizim ayrılmağızın səbəbkarları Beyonsun valideynləri olub.

Mən sənəti, onlar isə qızları vasistəsiylə pul qazanamaq istəyirdilər. Mən elə bilirdim ki, 11 illik işbirliyindən sonra Beyons mənimlə əlaqələrini kəsməz, ancaq belə olmadı. O, həmişə valideynlərinə sadiq idi. Valideynləri məni işdən qovdu, başqa vokal müəllimi götürdülər”.

Vokal müəllimi Beyonsun boşanmaqdan qorxduğunu iddia edib:

“Beyons valideynlərinin mübahisələr etdiyinin şahidi olurdu. Qorxurdu ki, onlar boşanar. Ancaq qorxusu reallaşdı. Beyons çox qorxaqdı. Onun əri Jay Z xəyanət edir, Beyons isə bundan xəbərdardır. Ancaq susmağa üstünlük verir”.