Beren Saat ad günündə eks-sevgilisinin boyunbağını taxdı - Foto

beren-saat-ad-gununde-eks-sevgilisinin-boyunbagini-taxdi
Oxunma sayı: 3590

Türkiyəli aktrisa Beren Saat 33 yaşını həyat yoldaşı, müğənni Kənan Doğulunun onun üçün dəbdəbəli məkanlardan birində təşkil etdiyi mərasimdə ailəsi və dostları ilə birlikdə keçirib.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, o, ad günü mərasimindən öncə gözəllik salonuna gedib. Saatın salonda çəkilən və sosial şəbəkədə paylaşılan şəklində maraqlı detal ortaya çıxıb.

“Eşitməyən qalmasın” (“Duymayan kalmasın”) proqramında yer alan məlumata görə, Beren doğum günündə boynuna 2004-cü ilin fevralında dəhşətli yol qəzasında itirdiyi sevgilisi Efe Gürayın boyunbağını taxıb. Onun bu addımı geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, B. Saat 19 yaşlı E. Gürayın vasitəsilə aktrisalıq karyerasına başladığını dəfələrlə bəyan edib: “Efe mənim həyatımın eşqi idi...Onu yol qəzasında itirdim. Morqda onu görüb toxunmaq istədim. Gələcəkdə “Onu niyə sonuncu dəfə öpmədim?” deyə peşman ola bilərdim. Anam yanımda idi. Mənə mane olmadı. Orada, o morqda sevdiyim kişiyə baxarkən “Birinci həyatım bitdi, indi ikinci həyatımı yaşayıram. Artıq başqa biriyəm” deyə düşündüm”.