Bayhan evlilik proqramından - Həftəyə 10 min qazanır

bayhan-evlilik-proqramindan
Oxunma sayı: 4827

Xəbər verdiyimiz kimi, “Popstar” yarışması ilə məşhurlaşan ifaçı Bayhan Gürhan “Zuhal Topalla izdivac” adlı evlilik proqramında gəlin namizədi Hanifəyə elçi çıxıb. Onun illər sonra bu cür verilişdə iştirak etməsi müəyyən suallar doğurub.

Qafqazinfo”nun məlumatına görə, “Günəş” qəzeti Bayhanın bu addımı şou məqsədlə atdığını, bu yolla ekranlara geri dönmək istədiyini, kanal rəhbərliyinin isə evləndirmə proqramının reytinqini tanınmış bir sima ilə qaldırmaq istədiyini iddia edib.

Qəzetin iddiasına görə, istehsal şirkəti Bayhanla gizli müqavilə imzalayaraq ona verilişdəki iştirakına görə həftəlik 10 min lirə verir.