Başörtüyü taxan amerikalı aktrisa aeroportda saxlanılıb

basortuyu-taxan-amerikali-aktrisa-aeroportda-saxlanilib
Oxunma sayı: 2345

Amerikalı aktrisa Lindsey Lohan başörtüyü taxdığı üçün Londonun “Heathrow” hava limanında gömrük səlahiyyətliləri tərəfindən saxlanılıb.

Qafqazinfo”nun “Sözcü”yə istinadən verdiyi məlumata görə, bu barədə 30 yaşlı aktrisa “Good morning britain” verilişində açıqlama verib.

“Bir müddət öncə Nyu-Yorka gedərkən başörtüyü taxmışdım və hava limanında saxlanıldım. Həyatımda ilk dəfə irqi-ayrıseçkiliklə qarşılaşdım. Vəsiqəmi çıxarıb səlahiyyətli şəxsə göstərdiyimdə o, məndən üzr istədi. Lakin başörtüyümü çıxarmağımı dedi”,- deyə L. Lohan bildirib.

Aktrisa səlahiyyətli şəxslərin dediyinə əml etdiyini söyləyib: “Digər qadınların başörtüyü taxdığında özlərini nə qədər narahat hiss etdiklərini başa düşdüm. Məni əsas qorxudan budur. Rəsmən şok oldum. Bunun məqsədinin nə olduğunu deyə bilmərəm, amma çox təsirli idi. Həmin şəxs mənim kim olduğumu görənə qədər məni iki dəfə yoxladılar. Olduqca qəribə idi”.

Qeyd edək ki, islam dinini qəbul etdiyi deyilən aktrisa bir müddət öncə İnstaqram hesabındakı bütün şəkilləri silərək adının yanına “Alaikum salam” ifadəsini yazıb.

Xristian ailəsində dünyaya göz açan Lohan bundan öncə bir neçə fərqli dinlərə sitayiş edib. 2016-cı ildə Türkiyənin Qaziantep şəhərinə səfər edib burada suriyalı ailələrlə görüşən aktrisa başörtüyü ilə də müzakirələrə səəb olmuşdu.