Azərbaycanlı qızların Özçivit sevgisi - Türkiyə mətbuatında

azerbaycanli-qizlarin-ozcivit-sevgisi-
Oxunma sayı: 8454

“Qardaşım mənim” (“Kardeşim benim”) filminin təqdimatı üçün Azərbaycana gələn aktyor Burak Özçivitin Bakı səfəri Türkiyə mətbuatında da işıqlandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, xəbərdə bildirilir ki, B. Özçivit həmkarı Aslı Enverlə Bakıda fanatları ilə görüşüb. Sözügedən məlumat “Bakıda Aslı Enver və Burak Özçivit izdihamı” başlığı ilə yayımlanıb. 

“Özçivit Azərbaycana səfərində sevgiylə qarşılanıb. Qala gecəsinin biletləri bir neçə gün əvvəl satılıb, qurtarıb. Görüşdə böyük izdiham olub. Fanatlar aktyorla çoxlu “selfie” çəkdirib”, - deyə xəbərdə vurğulanır.