Azərbaycanlı müğənninin nişanlısı hamilədir?

azerbaycanli-mugenninin-nisanlisi-hamiledir
Oxunma sayı: 4664

Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebkonun Soçidə keçirilən “Yeni dalğa” musiqi festivalındakı çıxışı şayiələrə səbəb olub.

“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, 44 yaşlı sopranonun azərbaycanlı nişanlısı, tenor Yusif Eyvazovdan uşaq gözlədiyi iddia edilir. Annanın səhnəyə qara libasda çıxması və qarnının iri olması iddiaları daha da gücləndirib. Hələ ki, tərəflər bununla bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Anna Netrebko ilə Yusif Eyvazov ötən ilin avqustunda nişanlanıblar. Cütlüyün toyu bu ilin dekabrında Vyanada baş tutacaq. Bu, Annanın ikinci evliliyi olacaq. Onun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.