Azərbaycanlı müğənni xanımı ilə Vyanada - Fotolar

azerbaycanli-mugenni-xanimi-ile-vyanada
Oxunma sayı: 3470

Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko ilə dünən Vyana Dövlət Operasında keçirilən əfsanəvi Opera balına qatılıb.

Qafqazinfo”nun xəbərinə görə, A. Netrebko tədbirdən fotoları İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, 46 yaşlı Anna Netrebko ilə 40 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurub. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından Tyaqo adlı oğlu var.