Azərbaycanlı Fransanın “O səs”ində münsifləri heyran etdi - Video

azerbaycanli-fransanin-o-sesinde-munsifleri-heyran-etdi
Oxunma sayı: 10261

Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz Özara adlı həmyerlimiz ifası ilə münsif heyətini özünə tərəf döndərə bilib.

Səhnəyə milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib.

Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır.

Həmvətənimizin Fransanın “The Voice” şousunda çıxışını təqdim edirik: