Azərbaycanın ən dəbli xanımlarının gecəsi... - Fotolar

azerbaycanin-en-debli-xanimlarinin-gecesi
Oxunma sayı: 6378

Ötən gün Azərbaycanın ən dəbli xanımları bir araya gəlib.

Qafqazinfo” xəbər verir ki, modelyer Günel Əli “Dilber” adlı yeni kolleksiyasının təqdimatını keçirib.

Gecədə moda dünyasının tanınmış simaları, incəsənət nümayəndələri iştirak edib.

Gecədə prodüser Təranə Səmədova və qızı Suel, teleaparıcı Günel Hümbətova, rejissor Fuad Əlişovun eks-həyat yoldaşı, aktrisa Sevinc Əlişova, “Səs Azərbaycan” finalçısı Samirə Əfəndiyeva və başqaları iştirak edib.

 

Təqdimatda 10 geyim nümayiş etdirilib.

"Cooke Zone"də baş tutan nümayişdən sonra G. Əli yeni kolleksiyası barədə məlumat verib:

“Kolleksiyanın adı “Dilbər”dir. Qeyri-adi bir obrazlar yaratmağa çalışmışam. Əzizə Mustafazadənin fanatıyam, həmin adda mahnısı var, çox sevirəm. Bu səbəbdən kolleksiyamın adını bu cür qoydum. Hər dəfə mahnıya qulaq asanda kolleksiyam gözümün qabağına gəlirdi. Təbii boyalar və qaşlardan istifadə etmişəm. Artıq 1 ildir ki, bu işlə məşğulam, ancaq uğurlarım bol olub”.

Xatırladaq ki, məşhur modelyer “Русский Силуэт” festivalının finalisti olub, Moskvada fəxri diploma layiq görülüb.

Fotolar: Nuran Məmmədov