Azərbaycan gözəlinin nişanlısı öldü - Fotolar

azerbaycan-gozelinin-nisanlisi-oldu
Oxunma sayı: 11693

“Miss Baku:2012” qalibi, Azərbaycanın məşhur modeli Tamilla Həmidovanın nişanlısı dünyasını dəyişib.

Qafqazinfo”nun məlumatına görə, modelin İran vətəndaşı olan nişanlısı Rouzbeh Sarhangpour ötən həftə həyatını itirib.

Sarhangpourun qəzada öldüyü deyilir.

Model hətta sosial şəbəkədə yas mərasimindən çəkilən fotoları paylaşıb.

Qeyd edək ki, Rouzbey ABŞ-ın Florida ştatında yaşayırdı.