Aytəndən ANS-ə atmaca - ATV-nin efirində

aytenden-ans-e-atmaca-
Oxunma sayı: 16668

Tanınmış aparıcı Aytən Səfərova ATV-də yayımlanan “Bizimləsən” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, o, verilişdə yeni layihələrindən danışıb və ANS rəhbərliyinə söz atıb:

“Bu, mənim müəyyən müddətdən sonra televiziyada ilk çıxışımdı. Zaur Baxşəliyevin verilişinə təsadüf elədi. Ümid edirəm ki, ATV-də işim uğurlu olacaq. Burada möhtəşəm bir layihə gözlənilir. Deyirlər zər qədrini zərgər bilir. Və mən çox şadam ki, Azərbaycanda teleməkanın zərgərləri məhz ATV rəhbərliyində əyləşiblər”

Aparıcı Aytən Səfərinin bu atmacasını “Nə yaxşı ki, bizimləsən”-, deyə cavablayıb.

Qeyd edək ki, Aytən Səfərova ANS-də uzun illər çalışıb, o ANS ÇM-in siması olmaqla yanaşı, son illər səhər verilişində aparıcı idi.