Aysunun sevgilisi ayrılıq xəbərlərindən danışdı - Fotolar

aysunun-sevgilisi-ayriliq-xeberlerinden-danisdi
Oxunma sayı: 13143

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun sevgilisindən ayrılması barədə xəbər yayılıb.

Qafqazinfo” xəbər verir ki, Aysun İsmayılovanın Türkiyə vətəndaşı Ali Tanrıkulu ilə fotolarını sosial şəbəkədə silməsi yayılan şayiələri daha da gücləndirib.

Cütlük instaqramda bir-birilərini izləsə də, münasibətlərinə son qoyduqları iddia edilib.

Hətta, Rəqsanə bir neçə dostlarına qızının ayrıldığını deyib.

A.Tanrıkulu isə yayılan məlumatların əsassız olduğunu bildirib:

“Əvvəlcə deyim ki, bu, yalandır. Biz ayrılmadıq, ayrılmağı da düşünmürük”.

Qeyd edək ki, R. İsmayılova “ATV maqazin onlarla” verilişinə açıqlamasında qızını xaricdə yaşayan birinə ərə vermək istəmədiyini qeyd edib:

“Anam Aysunu istəyən oğlanın ailəsi ilə internetlə danışıb. Artıq məndən xəbərsiz razılıq verib. Mənim ürəyimcə deyil. Həm də qızımın məndən uzaq yaşamasından narahatam. Amma anam deyir ki, yaxşı insanlardır. Mənə var-dözlət önəmli deyil. İnsan yaşlandıqca baş yoldaşı axtarır.

Qızıma demişəm ki, gedib boşanacaqsansa, otur yanımda. Biz tanınmış insanların adı pisdir. Deyirlər ki, “müğənni qızıdır da, gedib boşanacaq”. Xeyir, müğənninin qızı da övladdır”.